×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda yanğın baş verib

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakının Nərimanov rayonunda Ziya Bünyadov küçəsi yaxınlığındakı boş ərazidə 150 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın saat 11:22-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2020-09-19 12:44:00