×
A
A
A
Sazlamalar

Abşeronda avtomobil azyaşlı uşağı vurub

Qobu, 19 sentyabr, AZƏRTAC

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Azyaşlının xəsarət alması ilə nəticələnən hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Abşeron polis idarəsindən AZƏRTAC –a bildirilib ki, 2011-ci il təvəllüdlü Əbdülrəhmanov Nemət Taleh oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın sol gicgah nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol pəncənin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-19 12:38:00