×
A
A
A
Sazlamalar

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında 648 nəfər “məqbul” qiymət alıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Jurnalistika ixtisasına qəbul olmaq istəyən 962 abituriyent qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 239-u imtahana gəlməyib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.
Xatırladaq ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də qabiliyyət imtahanı keçirilib. Sentyabrın 15-də imtahanların nəticələri açıqlanıb.

Elm və təhsil 2020-09-19 12:27:00