×
A
A
A
Sazlamalar

Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu il Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ildə idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,7 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.
Qeyd edək ki, 8 ayda ölkədə idxalın dəyəri 6 milyard 690,5 milyon dollar olub.

İqtisadiyyat 2020-09-19 12:20:00