×
A
A
A
Sazlamalar

ABŞ-ın Roçester şəhərində insanlara atəş açılıb, ölənlər var

Bakı, 19 sentyabr, AZƏRTAC

ABŞ-ın Roçester şəhərində (Nyu-York ştatı) silahlı hücum nəticəsində iki nəfər ölüb, 16 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhər polisi Twitter səhifəsində məlumat yayıb. Həlak olanların dəqiq sayı açıqlanmır.
ABŞ KİV-lərinin məlumatına görə, hadisə yerinə çoxlu polis əməkdaşı cəlb olunub, yaxınlıqdakı bir neçə küçə bağlanıb.
Bu ərəfədə Roçesterdə Black Lives Matter hərəkatı tərəfdarlarının növbəti aksiyası keçirilib. Şəhərdə etirazlar Afrika əsilli Daniel Prudun qətlə yetirilməsi xəbərindən sonra başlayıb. Polis onun başına torba keçirərək iki dəqiqə asfalta sıxılmış vəziyyətdə saxlayıb və nəticədə Daniel həyatını itirib.

 

Dünya 2020-09-19 12:10:00