×
A
A
A
Sazlamalar

Fransada koronavirusa rekord yoluxma qeydə alınıb

Paris, 19 sentyabr, AZƏRTAC

Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer COVID-19 virusuna yoluxduğunu bildirib. Nazir sanitar qaydalara uyğun olaraq evində özünütəcrid rejimində olduğunu və fəaliyyətini davam etdirdiyini söyləyib.
AZƏRTAC xəbər verir ki, Fransada epidemiya yayılmağa başlayandan ilk dəfə olaraq bir gün ərzində 13215 yeni yoluxma qeydə alınıb. Regional Səhiyyə İdarəsi xəstəxanalara böhran mərkəzlərini yenidən fəallaşdırmaqla bağlı təlimat verib. Həkimlərə, tibb işçilərinə məzuniyyətə çıxmağa icazə verilmir. Paris Siyasi Elmlər İnstitutunun tələbə şəhərciyində 45 yeni yoluxma halı aşkarlandığı üçün şəhərcik 2 həftə müddətinə bağlanıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris 

Dünya 2020-09-19 11:49:00