×
A
A
A
Sazlamalar

Neftçalada bostan məhsullarının yığımı başa çatıb – məhsuldarlıq ötənilkindən çox olub

Neftçala, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada bostan məhsullarının yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 185,7 hektar bostan sahəsindən 7 min 523 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 405,1 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 sentner çoxdur.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Neftçalada 147 hektar sahədə qarpız, 38,7 hektarda isə yemiş əkilmişdi. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Artıq fermerlər becərdikləri qarpız sahəsindən 7 min 153 ton qarpız, 370 ton yemiş toplayaraq yığımı başa çatdırıblar.
Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

Kənd təsərrüfatı 2020-09-19 11:41:00