×
A
A
A
Sazlamalar

Sentyabrın 21-dən rezidenturaya ixtisas seçimi başlanır

Bakı, 19 sentyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Nəticələr həmin gün axşam elan edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.
Xatırladaq ki, iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Elm və təhsil 2020-09-19 11:37:00