×
A
A
A
Sazlamalar

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçiriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsinə qeydiyyat elan edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. İmtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı sentyabrın 27-dək aparılacaq.
İmtahanda iştirak etmək üçün hələlik 2 namizəd qeydiyyatdan keçib.

Elm və təhsil 2020-09-19 11:31:00