×
A
A
A
Sazlamalar

DİM təsviri sənət üzrə qabiliyyət imtahanı zamanı yerinə yetirilmiş tapşırıqların fotosurətlərini təqdim edib

Bakı, 19 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) təsviri sənət istiqaməti üzrə abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanı zamanı yerinə yetirdikləri tapşırıqların fotosurətlərini təqdim edib. Tapşırıqların fotosurətləri Mərkəzin saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər (subbakalavrlar) tapşırıqları rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn və dekorativ sənət komissiyaları üzrə rəsm, rəngkarlıq və yapma fənlərindən yerinə yetiriblər.
Fəndən asılı olaraq tapşırıqları işləmək üçün abituriyentlərə (subbakalavrlara) 6 və ya 8 akademik saat vaxt verilib.

Elm və təhsil 2020-09-19 11:27:00