×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusdan ölənlərin sayı 3516 nəfərə çatıb

Kiyev, 19 sentyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə son sutkada 3240 nəfər koronavirusa yoluxub, 48 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Lvov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 172 min 712 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3516 nəfərdir, 76 min 754 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

Dünya 2020-09-19 11:21:00