×
A
A
A
Sazlamalar

Türkiyənin "Trabzonspor" komandası ingiltərəli futbolçunu transfer edib

Bakı, 19 sentyabr, AZƏRTAC
Türkiyənin "Trabzonspor" futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Türkiyə təmsilçisi "Çelsi"nin futbolçusu Lyuis Beykeri icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. L.Beyker yeni klubunda bir mövsüm üçün 700 min avro pul qazanacaq.
Qeyd edək ki, karyerası ərzində İngiltərədə "Lids Yunayted", "Midlsbro" və Almaniyanın "Fortuna Düsseldorf" klublarında oynayan futbolçu Niderlandın “Vitesse” komandasında 64 görüşdə 15 qol vurub.
O, İngiltərənin aşağı yaş qruplarındakı müxtəlif yığmalarında isə 45 matçda 19 dəfə fərqlənib.

İdman 2020-09-19 06:54:00