×
A
A
A
Sazlamalar

Qonzalo İquainin yeni klubu müəyyənləşib

Bakı, 19 sentyabr, AZƏRTAC
İtaliyanın "Yuventus" futbol klubundan ayrılan Qonzalo İquainin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu "İnter Mayami"yə transfer olunub. Bu barədə ABŞ klubunun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İquain dünən "Yuventus"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

İdman 2020-09-19 01:20:00