×
A
A
A
Sazlamalar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vətəndaşların onlayn qəbulunu keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva sentyabrın 18-də vətəndaşların onlayn formatda qəbulunu keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn qəbulda Saatlı, Sabirabad, Hacıqabul rayonundan olan sakinlər iştirak ediblər.
Qəbulda məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların müayinəsi və müalicəsi, aliment problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı müraciətlərə baxılıb.
Həmçinin vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri qurumun müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb, aidiyyəti üzrə tədbirlər görülməsi istiqamətində tapşırıqlar verilib. Eyni zamanda, mövcud problemlərin həlli ilə bağlı digər məsələlər müvafiq strukturlara yönləndirilib.

Cəmiyyət 2020-09-18 20:28:00