×
A
A
A
Sazlamalar

“Edtech” startaplarına olan tələbat durmadan artır

Bakı, 18 sentyabr, AZƏRTAC

“Edtech” startaplarına olan tələbat durmadan artmaqdadır. COVID-19 pandemiyası ilə bağlı təhsil müəssisələrinin distant təhsilə keçdiyi bir dövrdə qrup halında kommunikasiya yaratmaq üçün tətbiq olunan proqramlarla yanaşı, distant təhsil imkanları verən startaplara olan tələbat da artmaqdadır.
AZƏRTAC İnnovasiyalar Agentliyinin təqdim etdiyi “Crunchbase”in statistikasına əsasən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında “edtech” şirkətlərinin qlobal vençur maliyyələşdirilməsi 4,1 milyard dollara çatıb. Keçən illə müqayisədə bu göstərici 1,5 milyard dollar çoxdur və son 5 ildə ən yüksək artımdır. Məlumata görə, ABŞ-da "edtech" sahəsində ən çox maliyyələşən startaplar bunlardır: “Coursera”, “Lynda”, “Everfi”, “MasterClass”, “HotChalk”, “Guild Education”, “Udemy”.
Proqnozlara görə, "edtech" startaplarına olan tələbat yaxın illərdə daha da artacaq. Tələbatın artması isə bu sahəni əhatə edən startapların inkişafı üçün əlverişli zəmin yaradır.

İKT 2020-09-18 15:24:00