×
A
A
A
Sazlamalar

Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandariyə

Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2020-ci il.

Məktublar 2020-09-18 14:55:00