×
A
A
A
Sazlamalar

18 sentyabr - Ümumdünya Su Monitorinqi Günüdür

Bakı, 18 sentyabr, AZƏRTAC
18 sentyabr - Ümumdünya Su Monitorinqi Günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib. Həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir. Ənənəvi olaraq iştirakçı ölkələrin su obyektlərindən nümunələr götürülüb yoxlanılır. Məktəblilər, tələbələr suyun keyfiyyət parametrlərini təyin edərək Ümumdünya Su Monitorinqi Gününün rəsmi saytında paylaşırlar. Monitorinq nəticələrinin paylaşılması hər kəsin diqqətini suyun keyfiyyət göstəricilərinə yönəldir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq su hövzələrində monitorinqlər həyata keçirir. Su nümunələrinin fiziki, kimyəvi hidroloji göstəriciləri ilə yanaşı, onun tərkibindəki əsas ionlar, biogen maddələr, spesifik çirkləndiricilər və ağır metalların təyinatı aparılır.

Ekologiya 2020-09-18 13:25:00