×
A
A
A
Sazlamalar

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.
Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər.

Səhiyyə 2020-09-17 17:26:00