Muzdla çalışan işçilәrin әmәkhaqqı 715,4 manat olub
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri-neft-qaz sektorunda 654,8 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat təşkil edib. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb