×
A
A
A
Sazlamalar

Əhalinin banklardakı әmanәtlәri artıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Mәrkәzi Bankın mәlumatına görә, avqustun 1-nә әhalinin banklardakı әmanәtlәrinin milli valyuta ekvivalentindә mәblәği iyul ayı әrzindә 67,8 milyon manat artaraq 7 milyard 774,2 milyon manat tәşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanәtlәrin 52,6 faizi xarici, 47,4 faizi isә milli valyutada qoyulub. Milli valyutada olan әmanәtlәr ötәn ilin müvafiq dövrünә nisbәtәn 1,6 faiz, xarici valyutada әmanәtlәr isә 15,4 faiz azalıb.
Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbәtdә orta mәzәnnәsi 1,70 (ilin әvvәlindәn 1,70) manata, 1 avroya 2,01 (1,90) manata, 100 rus rubluna 2,31 (2,43) manata bәrabәr olub.

Maliyyə 2020-09-17 11:13:00