Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü onlayn açıq elan edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.
Sentyabrın 19-da “O olmasın, bu olsun”, 20-də “Arşın mal alan” səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.
Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki, bu üsulla teatrın layihələri davam edəcək.

 

Mədəniyyət 2020-09-17 09:50:00