Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pakistanda koronavirusa yoluxanların sayı 303 mini keçib

İslamabad, 17 sentyabr, AZƏRTAC

Son gün ərzində Pakistanda COVID-19-a 665 nəfər yoluxub, xəstələrin sayı 303 min 89 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada koronavirusdan 4 xəstə dünyasını dəyişib və ölənlərin sayı 6 min 393 nəfər təşkil edib.
Müalicə müəssisələrində 5 min 936 xəstə var, onların 571-i ağır vəziyyətdədir.
Bildirilir ki, indiyədək infeksiyadan 290 min 760 xəstə sağalıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2020-09-17 06:25:00