Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Polşa Qazaxıstanla hava əlaqəsini bərpa edir

Nur-Sultan, 17 sentyabr, АZƏRTAC
Qazaxıstan sentyabrın 16-dan Varşavanın birbaşa hava əlaqələrinə qadağa qoyduğu ölkələr siyahısından çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın bu siyahıdan çıxarılması ölkədə sanitariya-epidemioloji vəziyyətin yaxşılaşdığını göstərir.
Qeyd edək ki, Polşa yeni növ koronavirus pandemiyası dövründə yoluxma sayının artması nəticəsində Qazaxıstanla hava əlaqəsini kəsmişdi.
Xatırladaq ki, sentyabrın 20-dən Qazaxıstandan Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2020-09-16 23:54:00