Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukraynada koronavirus pandemiyası başlayandan təxminən 300 min nəfər işlə təmin edilib

Kiyev, 17 sentyabr, AZƏRTAC

Koronavirus pandemiyasının başlanğıcından bəri Ukraynada təxminən 300 min nəfər işlə təmin edilib ki, bu da yarım milyon iş yeri yaradılması üzrə proqramın həyata keçirilməsinə yönəlmiş hərəkət hesab edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat, Ticarət və Kənd Təsərrüfatı İnkişafı naziri İqor Petraşko “Ukrinform”a müsahibəsində bildirib.
“Pandemiyanın başlanğıcından bəri təqribən 300 min insan məşğulluq fondları hesabına - kənd təsərrüfatında, emal sənayesində, ticarətdə işlə təmin edilib. Bu, həmin proqramın 500 minə qədər həyata keçirilməsinə yönəlmiş hərəkət hesab etmək olar”, - deyə İ.Petraşko qeyd etdi.
Onun sözlərinə görə, koronavirus böhranının başlanğıcından bəri Ukraynada əksər ölkələrdəki kimi işsizlərin sayında əhəmiyyətli artım oldu və zirvə 520 min təşkil etdi.
“İndi artım dayanıb, azalma müşahidə edilir. 453 min nəfər qeydiyyatdan keçib”, - deyə nazir əlavə etdi. Əsas məqsədi insanları işdən çıxartmaq deyil, onları dövlətin maaş ödənişlərini kompensasiya etdiyi qismən məşğulluq təmin edən işə keçirmək olduğu qısamüddətli işsizlik adlandırılan proqramın işə salınması qərarının çox düzgün və təsirli olduğunu vurğuladı.
“Məhz bu proqram sayəsində çoxlu sayda iş yerləri saxlaya bildik. Konkret olaraq, biz bu proqram üzrə 2,3 milyard qrivna məbləğində ödənişlər həyata keçirmişik və bununla da 370 min nəfər üçün iş yerlərini qoruyub saxlamışıq”, - deyə İ.Petraşko bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-09-17 04:26:00