Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Almaniya Həmkarlar İttifaqları evdə işləmək hüququnun tanınmasını tələb edir

Berlin, 17 sentyabr, AZƏRTAC

Almaniyanın bir sıra Həmkarlar İttifaqları, müəyyən peşə nümayəndələrinin evdə işləmək hüququnun tanınması tələbi ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, son vaxtlar alman cəmiyyətində bu məsələ ilə əlaqədar mübahisələr kəskinləşib. İşəgötürənlər ştat əməkdaşlarının
işə çıxmasını tələb edir, Həmkarlar İttifaqları isə distant iş hüququnu müdafiə edir.
Həqiqətən, məsafəli iş üçün uyğun olmayan fəaliyyət növləri var. Məsələn, inşaat işçiləri, mexaniki mühəndislər, yaşlılara qulluq edənlər, cərrahlar və başqaları. Lakin evdən edilə bilən iş növləri də var. Həmkarlar İttifaqları, müəyyən peşələrdəki işçilərin rəhbərlərinin qərarlarından asılı olmamaqda israr edirlər.
Hökumət də sözünü dedi. İqtidar işçilərin tələblərini ödəmək, ev və ofisindən işi tənzimləmək üçün daha çevik əmək müqavilələrinə ehtiyac olduğunu hesab edir.
Pandemiya və lokdaun təcrübəsi göstərdi ki, iş vaxtının bölüşdürülməsində müstəqillik işin və ailənin uyğunlaşmasına daha yaxşı təsir göstərir. Bu, iş və şəxsi vaxtın ayrılmasına imkan verən və işçiləri əsassız həddindən artıq yüklənmədən qoruyan etibarlı çərçivə şəraitinin yaradılmasını tələb edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2020-09-17 02:45:00