Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universiteti “İDRAK Texnoloji Transfer” ilə əməkdaşlığı genişləndirir

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) pedaqoji heyəti və tələbələri “İDRAK Texnoloji Transfer” MMC-nin "SMART Things Factory" zavodunda işgüzar görüş keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev qurumun əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
AzTU-nun kafedra müdirləri istedadlı tələbə və məzunların startap layihələrindən danışıblar. Bildirilib ki, tələbələrin hazırladıqları texnoloji həllər bir sıra müsabiqələrin qalibi olub. Görüş zamanı belə layihələrin “İDRAK Texnoloji Transfer” MMC tərəfindən dəstəklənməsi və əmək bazarına transferi istiqamətində təkliflər irəli sürülüb.
Qeyd olunub ki, universitet-sənaye iş birliyi çərçivəsində nəzəri və praktiki təlimlərin keçirilməsi, habelə birgə layihələr hazırlanması planlaşdırılıb.
Daha sonra qonaqlar zavodun iş prosesini izləyiblər.

Elm və təhsil 2020-09-16 19:09:00