Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Banqladeşdə gün ərzində 1615 yoluxma aşkarlanıb

Pekin, 16 sentyabr, AZƏRTAC

Banqladeşdə ötən sutka ərzində COVID-19 virusuna 1615 yoluxma, bu virus səbəbindən 21 ölüm qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 342 min 671 nəfərə, ölənlərin sayı isə 4823-ə çatıb.
Bildirilir ki, indiyədək virusa yoluxanların 72 faizi sağalıb, 1,41 faizi isə ölüb. Pasiyentlərin böyük hissəsi evdə və ya yaşadıqları yerlərdə müalicə alır.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-09-16 18:46:00