Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Peşə təhsili üzrə pedaqoji heyətin İKT üzrə bilik və bacarıqları təkmilləşdirilir

Bakı, 16 sentyabr, AZƏRTAC

Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq, İKT sahəsi üzrə 6 müxtəlif təlimin təşkili nəzərdə tutulub. Bu təlimlər “MS Word”, “MS Powerpoint”, “MS Teams”, “Cisco”, “MS Excel”, kibertəhlükəsizlik və peşə təhsili informasiya sistemindən istifadə sahələrini əhatə edir.
Ümumilikdə ilin sonunadək davam edəcək təlimlərdə 4200-ə qədər müəllimin iştirakı nəzərdə tutulur.
Peşə təhsili müəssisələri üçün təşkil edilən təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır.
Ötən dövrdə “MS Word”, “MS Powerpoint” və “MS Teams” proqramları üzrə təşkil edilmiş təlimlərə 1200-dən artıq iştirakçı qatılıb.

Elm və təhsil 2020-09-16 18:42:00