Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Huawei” smartfon üçün lazer enerjidoldurma qurğusu hazırlayır

Bakı, 16 sentyabr, AZƏRTAC

“Huawei” şirkəti qurğuların şarj edilməsi üçün görünməyən lazer şüaları ilə enerjinin simsiz ötürülməsinə əsaslanan tamamilə yeni texnologiya üzərində işləyir.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, sözügedən texnologiya uyğun qurğulara malik və eyni otaqda olan bir neçə istifadəçiyə bir simsiz modulun köməyi ilə cihazlarını enerji ilə doldurmaq imkanı verəcək. Simsiz enerjidoldurma prosesində akkumulyatorun vəziyyətindən narahat olmadan qurğulardan sərbəst istifadə ediləcəyi təxmin edilir, çünki ötürücü qurğuları daima enerji ilə təmin edə bilər.
“Huawei” şirkətinin rəsmisi bildirib ki, lazerin insan və heyvanların görmə orqanları üçün təhlükəsini başa düşürlər. Şirkətin mühəndisləri enerjidoldurma qurğusunun insanın gözlərini müəyyənləşdirərək onu zərərdən qoruması üzərində işləyirlər.

 

Dünya 2020-09-16 17:49:00