Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa yoluxanların sayı kəskin artır

Buxarest, 16 sentyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 107 min 11 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 1713 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 4285 nəfərdir. 43 min 244 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-09-16 17:21:00