Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusa yoluxmaların sayı dayanmadan artır

Sofiya, 16 sentyabr, AZƏRTAC

Bolqarıstanda koronavirusa yoluxmaların sayı artmaqda davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində 155 nəfərdə yeni yoluxma halları qeydə alınıb. Yoluxanların ümumi sayı 18 min 216 nəfərdir. Hazırda xəstəxanada 734 nəfər, reanimasiya bölməsində isə 46 nəfər yerləşir. Sağalanların sayı 13 min 57 nəfər, ölənlərin sayı 736 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-09-16 16:50:00