İncəsənət Kollecinə qəbul olunanların qeydiyyatı başlayıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə qəbul olunanların qeydiyyatı zamanı lazım olan sənədlərin siyahısı açıqlanıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, sənədlərin siyahısına attestatın əsli və 3 ədəd surəti, 3x4 ölçüdə 6 ədəd şəkil, yaşayış yerindən arayış, tibbi arayış, şəxsiyyət vəsiqəsinin əsli və 3 ədəd surəti, abituriyentin elektron ərizəsi, qovluq daxildir.
Rayon yerlərində yaşayanlar onlayn olaraq [email protected] email ünvanına həmin sənədləri kollecə qeydiyyata gəlmədən skan edərək göndərə bilərlər. 9 (illik) orta təhsil bazasından kollecə qeydiyyat sentyabrın 16-dan 25-dək keçiriləcək.
Əlavə məlumatı kollecin (012)567 64 18 əlaqə nömrəsindən əldə etmək olar.
Teledərslərin yanvarın 20-nə olan cədvəli
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
“Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb