Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"Virtual məktəb"lə bağlı alternativ müraciət vasitələri yaradılıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Yeni tədris ilində “Virtual məktəb" layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları da yaradılıb. Belə ki, "Virtual məktəb"lə bağlı "Qaynar xətt" xidməti ilə yanaşı, [email protected] elektron poçt ünvanı, Virtual.edu.az vasitəsilə “Virtual Bələdçi”nin tez-tez verilən suallar xidməti, sosial media vasitəsilə “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə müraciət edə bilərsiniz.
Xatırladaq ki, pandemiya şəraitində vətəndaşların təhsil sahəsi ilə bağlı qarşılaşdıqları bir sıra çətinlikləri həll etmək, eləcə də onlara psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi mövcud xidmətlərini daha da təkmilləşdirir və yeni xidmətlər təqdim edir. Artıq bir müddətdir ki istifadəyə verilən 146-3 "Qaynar xətt" xidmətinə mənəvi-psixoloji dəstəyə ehtiyacı olan şagirdlər, müəllimlər, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. Bu zaman hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunurlar. 146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

Elm və təhsil 2020-09-16 15:10:00