Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muzey əməkdaşlarının məqalələri beynəlxalq jurnalda yer alıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının məqalələri “İRS” beynəlxalq jurnalının növbəti buraxılışında dərc olunub.
Bu barədə AZƏRTAC-a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib. Bildirilib ki, nəşrdə muzeyin şöbə müdiri, dosent Səbuhi Əhmədovun “Azərbaycanın dəmir yolları XIX-XX əsrlərdə”, baş mütəxəssis Ramiyə İsmayılovanın “Mustafa Topçubaşovun ixtiralarının faşizm üzərində qələbədəki rolu haqqında” və elmi işçi İnarə Muradəliyevanın “Milli Azərbaycan Tarixi Muzeyinin musiqi alətləri kolleksiyası haqqında” mövzularında məqalələri yer alıb.

Elm və təhsil 2020-09-16 15:07:00