Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib.
AZƏRTAC Təhsil Nazirliyinə istinadən yenilənmiş saytın müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumatları təqdim edir.
Təlimatlar – Saytda platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün ətraflı videotəlimatlar təqdim olunub.
Virtual bələdçi – Platformadan rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə saytda “Virtual bələdçi” xidməti mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər “Sualınız var?” bölməsinə keçid edib, onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.
Elanlar – “Virtual məktəb”də yeniliklər barədə məlumatlandırma məqsədi ilə elanlar bölməsi yaradılıb. Bu bölmədə mütəmadi olaraq keçiriləcək onlayn tədbirlər barədə xəbərlər yerləşdiriləcək.
Müəllim bloqu – Saytda innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı yaradılıb. Bu hissədə müəllimlər interaktiv alətlərlə keçirilən dərs nümunələri və təcrübələrini videoformatda təqdim edə biləcəklər.
Elektron poçt və saxlanc – “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.

Elm və təhsil 2020-09-16 14:58:00