Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantlar ilk dərslərini onlayn keçiblər

Bakı, 16 sentyabr, AZƏRTAC 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan II kurs magistrantların 2020/2021-ci tədris ilinin payız semestri üzrə ilk dərslərinə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni tədris ilinin ilk günündə molekulyar fitopatologiya, biomolekulyar spektroskopiya, bitkilərin hüceyrə mühəndisliyi, ətraf mühit biotexnologiyası, prokariotların molekulyar biotexnologiyası, müasir biokimya və bioloji proseslərin fiziki-kimyası fənləri üzrə dərslər mövcud qaydalara əməl edilməklə onlayn platformalar üzərindən keçirilib.
Qeyd edək ki, hazırda müəssisənin II kurs magistraturasında molekulyar biologiya ixtisası üzrə 3, biokimya ixtisası üzrə 2, biotexnologiya ixtisası üzrə 2, nanobiotexnologiya ixtisası üzrə 1 nəfər təhsil alır.

Elm və təhsil 2020-09-16 14:56:00