Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İdarəetmə Sistemləri İnstitutunda magistrantlar dərslərə başlayıblar

Bakı, 16 sentyabr, AZƏRTAC 

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda təhsil alan II kurs magistrantların 2020/2021-ci tədris ilinin payız semestri üzrə ilk dərsləri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslər “Skype” və “Zoom” platformaları vasitəsilə distant şəkildə təşkil olunub.
Qeyd edək ki, hazırda müəssisənin II kurs magistraturasında riyaziyyat, kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə 10 magistrant təhsil alır.

Elm və təhsil 2020-09-16 14:47:00