Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Tarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Tarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim, xüsusilə də az bilinən tarixi-dini abidələrin geniş auditoriyaya çatdırılması, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi və təbliği məqsədilə təşkil edilib.
Yazı, foto və video formatında təqdim olunan biri-birindən maraqlı materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Əməkdar jurnalist, filologiya elmləri namizədi Səyyad Salahlı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.
Münsiflərin yekdil rəyi ilə Kənan Məmmədov 1-ci yerə, Şamil Muradlı və Fariz Namazlı 2-ci yerə, Qəşəm Nəcəfzadə, Səfər İbrahim və Tacəddin Quliyev 3-cü yerə layiq görülüblər. Beş nəfərə də həvəsləndirici mükafat verilib.
Qeyd edək ki, müsabiqədə yer tutmayan digər iştirakçılar müsabiqəyə göstərdikləri diqqət və çəkdikləri zəhmət nəzərə alınaraq fondun hədiyyələri ilə mükafatlandırılacaqlar.

Mədəniyyət 2020-09-16 14:10:00