Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xırdalanda çoxmərtəbəli binaların təmiri yekunlaşır

Xırdalan, 16 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalan şəhərində çoxmərtəbəli binaların fasadı təmir olunur. Artıq şəhərin 27-ci məhəlləsində 5 ədəd çoxmərtəbəli binanın fasadında aparılan təmir işləri başa çatmaq üzrədir.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iki ay əvvəldən başlanan təmir işləri artıq yekunlaşır. Bir neçə günə binaların fasadının rənglənməsinə start veriləcək. Binaların bloklarının girişi, qapıları və pilləkənləri də təmir olunacaq.
Bununla yanaşı, 27-ci məhəllədə yerləşən binaların həyətləri abadlaşdırılır, oturacaqlar quraşdırılır, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılır.

Regionlar 2020-09-16 12:41:00