Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zaqatalada fındıq emalı müəssisəsindən oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Bakı, 16 sentyabr, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsindəki MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsindən iki nəfər naməlum şəxsin oğurluğa cəhd etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, oğurluq məqsədilə müəssisəyə gələn şəxslər oğurlamaq istədikləri fındıqla dolu kisələri mühafizəçi onları gördüyü üçün həyətə atıb və qaçaraq uzaqlaşıblar. Müəssisədən oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri - əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Hadisə 2020-09-16 12:26:00