Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu müsabiqə elan edib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant yerlər Nizamişünaslıq, Ədəbi tənqid, Azərbaycan mühacirət ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbələrinin müdirləri, həmçinin Füzulişünaslıq, Ədəbi cərəyanlar sektorlarının müdiri, eləcə də Yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin baş elmi işçisi, Uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi vəzifələrinin hər birinə 1 yerdir.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bu gündən etibarən bir ay müddətində təqdim edilməlidir.

Elm və təhsil 2020-09-16 12:20:00