Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Kitabxana yeni metodik vəsaiti virtual rejimdə təqdim edib

Bakı, 16 sentyabr, AZƏRTAC 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanalarda hüquqi informasiyaya olan tələbatın ödənilməsi” adlı metodik vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan metodik vəsaitdə kitabxanada hüquq üzrə ədəbiyyatın təbliği ilə bağlı tövsiyələr verilib, oxucuların hüquqi informasiyaya olan tələbatının ödənilməsinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs olunub.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Kitabxanalarda.huquqi.informasiyaya.olan.telebatin.odenilmesi.pdf linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2020-09-16 09:01:00