×
A
A
A
Sazlamalar

Cari ildə kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 797,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,5 dəfə, kimya sənayesində 13,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 23,3 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,8 dəfə, bərk polipropilen boruların istehsalı 34,0 faiz çoxalıb.

Sənaye 2020-09-15 17:51:00