×
A
A
A
Sazlamalar

Metanol istehsalı 20,4 faiz artıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 78 min ton propilen (ondan əmtəəlik 74 min ton), 56 min ton polietilen, 102,1 min ton etilen, 327,3 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 13,4 faiz artıb. Sentyabrın 1-nə 0,8 min ton propilen, 1,2 min ton polietilen və 21,8 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 20,4 faiz, propilen istehsalı 15,2 faiz, etilen istehsalı isə 14,5 faiz artıb.

Sənaye 2020-09-15 17:15:00