×
A
A
A
Sazlamalar

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 14 sentyabr, AZƏRTAC
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonunun Quruzma kəndi ərazisində velosiped sürən kənd sakini 12 yaşlı Elşən Həsənov rayon sakini R.Əsgərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurulub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-09-14 17:27:00