×
A
A
A
Sazlamalar

Salyanda ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 14 sentyabr, AZƏRTAC

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 170 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticədə evin ikinci mərtəbəsində üç otaq 65 kvadratmetr sahədə və qarajda motosiklet yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə 2020-09-14 17:28:00