×
A
A
A
Sazlamalar

Abşeron rayonunda avtomobildən pul və mobil telefon oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Abşeron rayonu ərazisində avtomobildən pul və mobil telefon oğurlayan keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 14-də Abşeron rayonu ərazisində “KamAZ” markalı avtomobildən 323 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-09-14 17:25:00