×
A
A
A
Sazlamalar

Gəncədə silsilə oğurluq edən keçmiş məhkum tutulub

Bakı, 14 sentyabr, AZƏRTAC

Gəncədə silsilə oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-dan avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 2 evdən və 1 həyətyanı sahədən məişət əşyaları və su mühərriki, habelə iki velosiped oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-09-14 17:00:00