×
A
A
A
Sazlamalar

Cari ildə 372,4 min ton kimya sənayesi məhsulları göndərilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycandan 372,4 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 52,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında ölkədən ixrac olunan 332,9 min ton kimya məhsullarının dəyəri 68,4 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-09-14 16:21:00