×
A
A
A
Sazlamalar

Təyyarələrin pəncərələri nə üçün yuvarlaqdır?

Bakı, 14 sentyabr, AZƏRTAC

Niyə təyyarənin pəncərələri yuvarlaqdır?
AZƏRTAC xəbər verir ki, ötən əsrin, yəni 50-60-cı illərin təyyarələrinə nəzər salsaq, pəncərələrin kvadrat və yaxud düzbucaqlı şəklində adi “nəfəslikdən” ibarət olduqlarını görərik. Başlanğıcda hər şey yaxşı idi, təyyarələr normal uçurdu. Lakin zaman keçdikcə təyyarələr daha yüksəkdən və daha sürətlə uçmağa başladı. Füzelyajın yüklənməsi artdıqca, metal daha tez köhnəlirdi. Nəticədə isə bədbəxt hadisələr üz verməyə başladı, səbəbi isə “nəfəsliyin” künclərindəki metalın köhnəlməsi idi.
Keçirilən bir sıra təcrübədən sonra məlum oldu ki, metal yaranan gərginlik səbəbindən məhz pəncərələrin künclərində daha tez köhnəlir.
Nəticədə davamlılıq üçün yuvarlaq pəncərələrin quraşdırılması başladı və problem öz-özünə həll olundu. Yuvarlaq pəncərələrdə gərginlik illüminatorun bütün perimetri boyu bərabər paylanır.

Bu maraqlıdır 2020-09-14 16:07:00